Canlı
İmişlidə yük və minik maşınları toqquşub, sürücülər yaralanıblar

2018-03-08 / 10:39

İmişlidə xəsarətlə nəticələnən yol qəzası baş verib. Xəlifəli kəndində rayon sakini 53 yaşlı Bulud Təhməzovun idarə etdiyi “VAZ 2106” Sabirabad sakini, 50 yaşlı Rəsul Qəhrəmanovun sükanı arxasında olduğu “Shacman” markalı yük maşın ilə toqquşub. Qəza nəticəsində xəsarət alan sürücülər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri normaldır. Fakt araşdırılır.

Vəfa Şairova