İmişlidə sahibkarlara 780 min manat güzəştli kredit verilib
Sahibkarlığa Kömək Milli Fondu İmişli rayonunun Cəfərli kəndində işgüzar görüş keçirib. İmişli və ətraf rayonlardan olan 56 sahibkara 780 min manat güzəştli kredit verilib. Kreditlər heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Ruhəngiz Hacızadə