İmişlidə narkotik satan dəstə üzvləri saxlanılıb
2021-11-10 14:05
İmişlidə narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ramil Şirinov, Xubyarlı kənd sakini Habil Quliyev və Məhəmmədli kənd sakini Nərgiz İsmayılova sonuncuya məxsus evdə olan zaman tutulublar. Evdə satış məqsədilə sellofan bükümlərdə qablaşdırılan metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb. Fakt araşdırılır.
Nərgiz camal