Canlı
İmişlidə maşın qəzaya düşüb, yaralılar var

2018-02-09 / 08:54

İmişlidə baş verən qəzada 2 nəfər xəsarət alıb. Hadisə Hacıqabul-Horadiz avtomagistralının İmişli rayonu Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sabirabad sakini, 60 yaşlı Lələxan Qəhrəmanovun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü və sərnişin 57 yaşlı Həmişəgül Qəhrəmanova xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Vəfa Şairova