İmişlidə maşın aşıb, 2 nəfər ölüb
İmişlidə rayon sakini, 1986-cı il təvəllüdlü Xanlar Bayramovun idarə etdiyi "VAZ 21015" yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində, qohumu olan sərnişini 1974-cü il təvəllüdlü Fariz Bayramov isə xəstəxanada ölüb.