İmişlidə iki nəfər dəm qazından zəhərlənib
2020-03-18 10:06
İmişlidə şəhər sakinləri, 24 yaşlı Aydan Hüseynli və 27 yaşlı Seyranə Əsədova yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlar rayon xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.
Fərid Mehdiyev