İmişlidə budo üzrə respublika birinciliyi keçirilib

İmişli rayonunda döyüş idman növlərindən biri olan budo üzrə respublika birinciliyi keçirilib. Şəki komandası turnirə 3 idmançı ilə qatılıb. Dönməz Abdurəmanov və Elvin Əliyev gümüş, Raqif Mənəfzadə isə qızıl medal qazanıb və budo üzrə keçiriləcək beynəlxalq turnirə vəsiqə əldə edib.

Vəfa Şairova