İmişlidə avtomobil aşıb, ölən və xəsarət alanlar var
İmişlinin Məmmədli kəndində Coşqun Tağıyev sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyi VAZ-a nəzarəti itirib. Avtomobil aşıb. Sürücü və sərnişinlər - 1976-cı il təvəllüdlü İnci Tağıyeva, 2009-cu il təvəllüdlü Rəqsanə Tağıyeva və 2014-cü il təvəllüdlü Fəxri Tağızadə xəsarət alıblar. Sonuncu Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Nərgiz Camalzadə