Canlı
İmişlidə 8 yaşlı uşağı ilan sancdı

2018-08-10 / 16:03

İmişli rayonunda azyaşlı ilanın hücumuna məruz qalıb. Hadisə Qaralar kəndində baş verib. 8 yaşlı Səma Əlizadəni yaşadığı evin həyətində sürünən dişləyib. Ayaq nahiyəsindən xəsarət alan azyaşlı İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyəti qənaətbəxşdir.

Ruhəngiz Hacızadə