İmişlidə 4 il əvvəl törədilən oğurluğun üstü açılıb
2021-06-18 10:05
İmişli Polisi 2018-ci ilin mart ayında rayon sakininin 21 baş xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişə 3500 manata yaxın maddi ziyan vuran iki nəfəri saxlayıb. Rayon sakinləri Şamil Kazımov və tanışı, əvvəl məhkum olunmuş Elbrus Muradov dindirilmə zamanı 4 il əvvəl törətdikləri cinayət əməlini etiraf ediblər. Eləcə də Elbrus Muradovun mayın 25-də rayon ərazisində yerləşən mağazaların birindən qanunsuz daxil olaraq, oradan 300 manat pul və 150 manat dəyərində danışıq kartları, eləcə də bir ədəd noutbuk oğurlamaqla mağaza sahibinə 850 manat maddi ziyan vurduğu müəyyən edilib. Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Nərgiz camal