İmişlidə 35 yaşlı kişi qətlə yetirilib
2020-08-12 10:09
İmişlidə qətl törədilib. Göbəktala kəndində 36 yaşlı Pünhan Hüseynov mübahisə zəminində yaxın qohumlar olan - 30 yaşlı Səbuhi Əmrahovu və 35 yaşlı Amid Əmrahovu bıçaqlayıb. Amid hadisə yerində ölüb, Səbuhi Əmrahov isə yaralı vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Vəfa Şairova