İmişlidə çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb

2019-12-02 18:04

İmişlidə M.Əsədov ev 34 ünvanında vətəndaş Xəqani İbrahimova məxsus çörək sexinə baxış keçirilib. AQTA-dan verilən məlumata görə, yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu aşkarlanıb və onun fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Fərid Mehdiyev