İmişli güləşçiləri dünya çempionu Oleq Krapivin şərəfinə Şamaxıda keçiriləcək yarışa hazırlaşırlar

İmişli rayonundan olan güləşçilər veteran idmançı, dünya çempionu Oleq Krapivin şərəfinə Şamaxıda keçiriləcək yarışa hazırlaşırlar. Bir müddət öncə Salyanda təşkil edilən zona yarışından qalibiyyətlə qayıdan İmişli güləşçilərindən 4 nəfəri turnirə vəsiqə qazanıb. Yarışda müxtəlif bölgələrdən, klub və cəmiyyətlərdən 300-dən çox güləşçi müxtəlif çəki dərəcələrində qüvvələrini sınayacaq.

Vəfa Şairova