İmaməddin Xəlilov Astanada bürünc medal qazanıb
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Qazaxıstanın Astana şəhərində keçirilən Qran-Pri Finalında üçüncü yeri tutub.70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda meksikalı idmançıya məğlub olub.Bürünc medal uğrunda görüşdə braziliyalı rəqibi döyüşə çıxmadığından Xəlilov medalın sahibi olub.
27 noyabr 2026

