İlin sonunadək bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
İlin sonunadək uşaq bağçalarında çalışan tərbiyəçi müəllimlər üçün diaqnostika imtahanlarının keçirilməsi nəzərdə tutulur. Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, sertifikasiyadan fərqli olaraq, burada hər hansı işçinin əmək müqaviləsinə xitam verilməyəcək. İmtahan nəticələri hər hansı qərarların verilməsinə şərait yaradacaq. Nazir ilin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçidin planlaşdırıldığını da açıqlayıb.
Zülfiyyə Telmanqızı