2020-01-06 18:00
Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib. Dövlət başçısı diqqətə çatdırıb ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib. “Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib. Prezident pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən də danışıb. Həmçinin tarixdə ilk dəfə Azərbaycan qazının artıq Avropa məkanına çatdırılmasına toxunub. Dövlət başçısı işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını bildirib, bununla bağlı tapşırıqlarını verib.
Nərgiz camal