Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. "Müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm", - deyə Ərdoğan qeyd edib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistan Prezident Arif Alvi, Tacikistan Prezidenti Emoməli Rəhmon, İran Prezidenti Seyid İbrahim Rəisi, İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Aleksandar Vuçiç, Venesuela Prezidenti Nikolas Maduro, Macarıstanın Baş naziri Viktor Orban da Prezident İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, fəaliyyətində yeni uğurlar arzulayıblar.
Vüsalə Cənnətova