İlham Əliyev: “Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir”
Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir. Vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək. Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib ki, Türkiyə və Azərbaycan 2021-ci ildə Şuşa Bəyannaməsini imzaladılar. Hər zaman bütün məsələlərdə bir-birinin yanındadırlar. Bu birlik bütün Türk dünyasında olmalıdır. Dövlət başçısı Macarıstanın Azərbaycanın Avropa İttifaqındakı bir nömrəli tərəfdaşı olmasından da danışıb. Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüləndə müdafiəmizə qalxan Macarıstanın bəzi Avropa ölkələri tərəfindən təzyiqlərlə üzləşdiyi də qeyd edilib.
Vüsalə Cənnətova