İlham Əliyev: “Qarabağ Universiteti regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaq”
"Qarabağ Universiteti regionda tarixən mövcud olmuş təhsil mühitini çox yaxın vaxtda canlandıracaq". Bu fikir Prezident İlham Əliyevin Azərbaycan müəllimlərinin XVI qurultayının iştirakçılarına təbrik məktubunda yer alıb. Qurultayın “Heydər Əliyev İli” çərçivəsində keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə həsr olunması ilə əlamətdar olduğuna diqqət çəkib. Dövlət başçısı milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımların dövlət siyasətinin əsasını təşkil etdiyini vurğulayıb.
Fərid Mehdiyev