İlham Əliyev: “Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır”
Ermənistanın konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması mümkün deyil. Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda Ermənistanla sülh sazişi bağlaya bilmərik. Onların ideologiyasında, siyasətində Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Türkiyəyə qarşı ərazi iddiası intihar etmək deməkdir. Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə deyib ki, 2020-23-cü illərin hadisələrindən sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək də, intihara yaxındır. Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır.
Vüsalə Cənnətova