İlham Əliyev: “Enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir”
Enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. Bu fikri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Cənub Qaz Dəhlizinin iki ilə yaxındır istifadədə olduğuna diqqət çəkən dövlət başçısı TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyarddan 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışıb. Həmçinin alternativ enerji mənbələrindən söz açıb.
Nərgiz Camalzadə