İlham Əliyev: “Biz sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq”
Rəsmi Bakı Qazaxıstanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etmək təklifini qəbul edib. Biz sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxınıq. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda deyib. Dövlət başçısı bildirib ki, Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır. İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyən prezident bu tədbirə sədrliyə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxıldığını vurğulayıb.
Fərid Mehdiyev