İlham Əliyev: “Azərbaycanın hədəfi 10 qiqavata qədər gücü əhatə edən işləri icra etməkdir”
Azərbaycanın hədəfi orta perspektivdə 10 qiqavata, 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən işləri icra etməkdir. Günəş, külək, yaxşı sərmayə mühiti və istək yaşıl enerjiyə keçid prosesində üzərimizə düşən öhdəlikdir. Prezident İlham Əliyev “Euronews”a müsahibəsində belə deyib. Dövlət başçısı Azərbaycanın COP-a sədrliyi zamanı müsbət mühit qurmaq və diqqəti planetin qorunması ilə əlaqədar əsas gündəliyə yönəltməyə çalışdığın vurğulayıb.
Fərid Mehdiyev