İlham Əliyev: “500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq”
"Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparırıq". Prezident İlham Əliyev bu barədə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Dövlət başçısı Azərbaycanda yaşıl enerji potensialından danışıb, Xəzər dənizində külək enerjisi potensialının 157 qiqavat olduğunu vurğulayıb. Quruda isə külək və günəş enerjisi potensialı 27 qiqavatdır.
Vüsalə Cənnətova