İlham Əliyev: "Ölkəmizdə qaz ixracının həcmi 24 milyard kubmetrdən artıq olacaq"
Tədbir 1994-cü ildən Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb. Bunu Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib. 8 ölkənin Azərbaycan qazını idxal etdiyini bildirən dövlət başçısı ixracın 24 milyard kubmetrdən artıq olacağını vurğulayıb.
Zülfiyyə Telmanqızı