İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl və Qubadlı rayonlarına səfər ediblər. Dövlət başçısı Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 14,2 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsinin açılışında iştirak edib. Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksi ilə tanışlıq olub. Həmçinin Cəbrayıl ərazisinə 18 ceyran buraxılıb. Dövlət başçısı Cəbrayıl Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub, 330/110 kilovoltluq beynəlxalq “Cəbrayıl" Qovşaq Yarımstansiyasında aparılan tikinti işləri ilə tanış olub. Prezident İlham Əliyev Qubadlıda  “Bərgüşadçay” və “Zabuxçay” su anbarlarının layihələri ilə tanış olub, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoyub. Dövlət başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı təqdim olunub. Qubadlıda İşğal və Zəfər muzeylərinin təməli qoyulub.

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik