İlham Əliyev Türkiyənin Xarici işlər nazirini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin Xarici işlər naziri Hakan Fidanla bütün sahələrdə uğurla inkişaf edən dostluq və qardaşlıq münasibətlərini müzakirə ediblər. Söhbət zamanı əlaqələrin bundan sonra da bütün istiqamətlərdə daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub. Əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
Vüsalə Cənnətova