İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib
Prezident İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib. Sarayda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol, atletika və üzgücülük yarışlarının keçirilməsi nəzərdə tutulub. Burada ağır atletika, güləş, cüdo və boks zalları fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək. Mehmanxanada 160 idmançının qalması hər cür imkan var. Prezident İlham Əliyev Gəncə səfərində Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub, şəhər stadionunun təməlini qoyub.
Fərid Mehdiyev