İlham Əliyev Estoniya prezidentinə təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev Estoniyalı həmkarı Alar Karisə bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində "Azərbaycan ilə Estoniyanı dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xoş ənənələrə malik əlaqələrimizin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edəcək", - deyilir.
Nərgiz Camalzadə