İlham Əliyev Bolqarıstan prezidentinə təbrik məktubu göndərib
Biz Azərbaycan-Bolqarıstan əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Bu fikirləri Prezident İlham Əliyev milli bayram münasibətilə Bolqarıstanlı həmkarı Rumen Radevə ünvanladığı təbrik məktubunda qeyd edib. "Enerji sektorunda səmərəli işbirliyimizin ticarət, nəqliyyat, logistika, sərmayə, yüksək texnologiyalar, turizm və digər sahələr və istiqamətlər üzrə də müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyimi ifadə edirəm", - deyə Dövlət başçısı vurğulayıb.
Nərgiz Camalzadə