İlham Əliyev Bakıda DSX-nin yeni hərbi hospital kompleksinin açılışında olub
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib. 8 mərtəbədən və köməkçi binalardan ibarət hospital 240 çarpayılıqdır. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması mümkündür. İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.
Fərid Mehdiyev