İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 22 il ötür
Bu gün İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 22-ci ildönümüdür. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev xalqa müraciətində İlham Əliyevi öz siyasi varisi kimi təqdim edib və xalqı onu dəstəkləməyə çağırıb. Cəmi iki həftə sonra — oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verdi. Beləliklə, Azərbaycanın inkişafında yeni dövr başladı. Prezident İlham Əliyev ötən 22 ildə verdiyi bütün vədləri yerinə yetirib, ölkənin ərazi bütövlüyünü tam təmin edib. Bu gün onun rəhbərliyi ilə Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri davam edir, doğma yurdlarına qayıdan insanlar üçün yeni həyat qurulur.