Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi – “AIREX 2026” ilə tanış olublar.Sərgidə 47 yerli və 14 xarici olmaqla, ümumilikdə 61 şirkət iştirak edir.Dövlət başçısı və ailə üzvləri sərgidə yerli və xarici şirkətlərin stendlərinə baxıblar. Onlara daşınmaz əmlak, tikinti, memarlıq və şəhərsalma sahələrində həyata keçirilən layihələr, eləcə də gələcək planlar barədə məlumat verilib.Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub. Sərginin əsas məqsədi daşınmaz əmlak bazarının inkişafına, investisiyaların cəlbinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir.
04 noyabr 2026

