İlham Əliyev Vladimir Putinə ad günü münasibətilə təbriklərini çatdırıb

Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinə telefonla zəng edib. Dövlət başçısı Putinə ad günü münasibətilə təbriklərini çatdırıb. Telefon söhbəti zamanı prezidentlər Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini məmnunluqla qeyd edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Vəfa Şairova