İlham Əliyev Vaşinqtonda görüş keçirib
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda işgüzar səfərdədir.Dövlət başçısı Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru Elliot Brandt və təşkilatın rəhbərliyi ilə görüşüb.Görüşdə Azərbaycanda tolerantlıq və dinlərarası harmoniyanın mövcudluğu vurğulanıb.Yəhudi icmasına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib.Azərbaycan–ABŞ münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.Strateji tərəfdaşlıq, süni intellekt və rəqəmsal transformasiya məsələlərinə toxunulub.AIPAC-ın Azərbaycan–ABŞ və Azərbaycan–İsrail əlaqələrində rolu qeyd edilib.
19 fevral 2026

