İlham Əliyev və Putin Azərbaycan-Rusiya münasibətlərini müzakirə edib
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.Dövlətimizin başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.Dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
07 oktyabr 2026

