İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər
Qırğızıstanın paytaxtı Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.Sentyabrın 6-dək davam edəcək Oyunlarda müxtəlif ölkələrdən idmançılar atçılıq, güləş, oxatma və digər ənənəvi idman növlərində yarışacaqlar.Tədbir çərçivəsində iştirakçı ölkələrin milli mədəniyyəti və adət-ənənələri də nümayiş etdiriləcək.
01 sentyabr 2026

