İlham Əliyev və birinci xanım nekroloq imzalayıblar
Prezident İlham Əliyev və Birinci xanım Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar.Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski sentyabrın 9-da 79 yaşında vəfat edib.Aleksandr Şarovski ömrünün təxminən yarım əsrini teatr sənətinə həsr edib. O, 1993-cü ildən teatrın baş rejissoru vəzifəsində çalışıb.Tanınmış sənətkar Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub.Nekroloqda Aleksandr Şarovskinin Azərbaycan mədəniyyətində və multikultural dəyərlərin qorunmasında xidmətləri yüksək qiymətləndirilib.
09 sentyabr 2026

