İlham Əliyev və birinci xanım Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər
Andiçmə mərasimindən sonra Prezident İlham Əliyev və birinci xanım Fəxri xiyabanda ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər. Dövlət başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular. Akademik Zərifə Əliyevanın məzarı da ziyarət edilib. Şəhidlər xiyabanına gələn dövlət başçısı və birinci xanım Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.
Fərid Mehdiyev