İlham Əliyev və Ərdoğan Türkiyəyə atılan raket hücumunu müzakirə ediblər
Martın 9-da İrandan atılan raketin parçalarının Türkiyənin Qaziantep bölgəsinə düşməsi ilə bağlı Ankara ölkə ərazisi və hava məkanına yönələn təhdidlərə qarşı qəti addımlar atacağını bildirib.Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək hücumu qınayıb və qardaş ölkəyə dəstəyini ifadə edib.Ərdoğan “bir millət, iki dövlət” prinsipi əsasında Azərbaycanla daim təmasda olduqlarını vurğulayıb.Həmçinin XİN rəhbərləri Ceyhun Bayramov və Hakan Fidan telefonla danışaraq regiondakı gərginliyi müzakirə ediblər.Qeyd edək ki, İrandan buraxılan raket NATO-nun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, parçalar boş əraziyə düşüb və xəsarət alan olmayıb.
10 mart 2026

