Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü keçirilir. Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətində Türk dünyasında əqli mülkiyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin, müəllif və ixtiraçıların hüquqlarının qorunmasının, eləcə də süni intellekt və rəqəmsallaşmanın yaratdığı imkanlardan səmərəli istifadənin vacibliyini vurğulayıb.Dövlət başçısı Türk xalqlarının ortaq mədəni irsinin qorunmasını, onun mənimsənilməsi və təhrif olunmasının qarşısının alınmasını birgə fəaliyyətin əsas istiqamətlərindən biri kimi qeyd edib. İlham Əliyev Bakı görüşünün Türk dünyasının əqli mülkiyyət qurumları arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
12 oktyabr 2026

