İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib
Prezident İlham Əliyev Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz başda olmaqla nümayəndə heyətini qəbul edib.Tərəflər Azərbaycan–Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıb. Xüsusilə Şuşa Bəyannaməsi çərçivəsində qarşılıqlı dəstəyin önəmi qeyd olunub.Görüşdə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin hökumət başçıları və vitse-prezidentlərinin toplantısının əhəmiyyəti vurğulanıb. Bu platformanın əməkdaşlığın genişlənməsi üçün mühüm imkan yaratdığı bildirilib.Tərəflər ikitərəfli əməkdaşlığın perspektivləri, regional vəziyyət və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
02 aprel 2026

