İlham Əliyev Türkiyəli həmkarına 15 iyul hadisələrinin səkkizinci ildönümü ilə əlaqədar məktub göndərib
Prezident İlham Əliyev Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana 15 iyul hadisələrinin səkkizinci ildönümü ilə əlaqədar məktub göndərib. Baş vermiş mənfur çevriliş cəhdi Türkiyənin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirilib. “Demokratiya və Milli Birlik Günü”nün xalqın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacağı vurğulanıb. Azərbaycanın Türkiyənin yanında yer alması qardaşlıq və vəfa borcu kimi dəyərləndirilib.
Vüsalə Cənnətova