Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib ki, Türk Dövlətləri Təşkilatı böyük beynəlxalq nüfuza malikdir və təşkilatda beynəlxalq təhlükəsizlik, enerji, ticarət, nəqliyyat və humanitar əməkdaşlıq kimi məsələlər müzakirə olunur. Dövlət başçısı qeyd edib ki, Azərbaycan TDT ölkələri ilə ikitərəfli əməkdaşlığı fəal şəkildə inkişaf etdirir, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb.Təşkilata üzv ölkə liderlərinin ümumi mövqeyi TDT-nin beynəlxalq arenada rolunun və mövqeyinin gücləndirilməsindən ibarətdir. Bunun üçün bütün imkanlar var.İlham Əliyev vurğulayıb ki, Türk dünyası ölkələri ilə əməkdaşlıq Azərbaycanın əsas xarici siyasət prioritetidir. “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”- Prezident deyib.
17 sentyabr 2026

