İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu göndərib
"Ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə Səudiyyə Ərəbistanının ilk gündən göstərdiyi dəstəyini yüksək qiymətləndiririk". Bu barədə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubunda deyilir. "Əminəm ki, qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik", - məktubda vurğulanıb.
Fərid Mehdiyev