İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Qurban mərasimləri cəmiyyətimizdə milli-mənəvi birliyin, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsinə çevrilir. Bu mübarək bayram günlərində ölkəmizin hər yerində geniş xeyriyyəçilik və sosial yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu fikirlər prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik məktubunda yer alıb. Qeyd edilib ki, Bəşər mədəniyyətinə və elmi-fəlsəfi fikir xəzinəsinə misilsiz töhfələr vermiş Azərbaycan xalqının dünyagörüşünün təşəkkülündə və milli-mədəni inkişafında İslam dini mühüm mərhələ təşkil edir.
Azad Mustafayev