Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevi və nəqliyyat naziri Nurlan Sauranbayevi qəbul edib.Dövlət başçısı birgə investisiya fondunun imkanlarından istifadə olunacağını, bir neçə layihənin işlənmə mərhələsində olduğunu və ölkələrin üçüncü ölkələrə birgə investisiya yatırmaq potensialını qeyd edib.Görüşdə siyasi, iqtisadi, nəqliyyat, logistika, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın uğurlu inkişafı, Orta Dəhliz, Trans-Xəzər Yaşıl Enerji Dəhlizi və fiber-optik xətti layihələri, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesində TRIPP layihəsinin regional əhəmiyyəti müzakirə olunub.Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlığı və digər qarşılıqlı maraq doğuran məsələlər də diqqətə alınıb.
08 aprel 2026

