İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Qaradağda kağız və gigiyenik məhsullar istehsal edən müəssisə fəaliyyətə başlayıb.Prezident İlham Əliyev açılışda iştirak edib.Müəssisədə uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal olunacaq. Təxminən 11 hektar ərazidə yerləşən zavodda Almaniya, İtaliya və Türkiyənin müasir, yüksək avtomatlaşdırılmış texnologiyalarından istifadə ediləcək.
İstehsal olunan məhsullar daxili bazarla yanaşı, Gürcüstan, Qazaxıstan, Rusiya və Yaxın Şərq ölkələrinə də ixrac olunacaq. Müəssisədə 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
10 sentyabr 2026

