Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.Görüşdə Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunan irəliləyişlər, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası yüksək qiymətləndirilib. Prezident Vaşinqtonda əldə olunmuş nəticələri qeyd edərək, artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın Ermənistana gedən tranzit yüklərə tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdığını bildirib.Avropa Siyasi Birliyi Zirvəsi çərçivəsində Prezidentin videobağlantı ilə iştirakı iki ölkə münasibətlərinin normallaşması baxımından mühüm addım kimi dəyərləndirilib.Tərəflər parlamentlərarası dialoqun inkişafını müzakirə edib, Azərbaycan və Ermənistan parlamentləri arasında təmasların qurulmasında rolunu müsbət qiymətləndiriblər. Görüşdə həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və mina problemi, bunun mülki əhaliyə və inkişaf prosesinə təsiri də diqqətə çatdırılıb.
05 may 2026

