İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib
Prezident İlham Əliyev bir sıra məhkumların əfv olunması barədə Sərəncam imzalayıb.Sərəncam məhkumların, onların ailə üzvlərinin və İnsan hüquqları üzrə müvəkkilin müraciətləri nəzərə alınaraq, humanizm prinsiplərinə əsasən imzalanıb.Sənədə əsasən, 19 nəfər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onların arasında 5 əcnəbi də var.Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Əziz Dadaşov da cəzasının çəkilməmiş hissəsindən azad olunub.
23 sentyabr 2026

